DÇ-2022-nin ən bərbad "11-liy"i bəlli olub.
Fanat.Az xəbər verir ki, "Lequipe" nəşri Qətərdə baş tutan mundialda zəif təsir bağışlayan futbolçulardan ibarət simvolik heyəti müəyyənləşdirib.
"11-lik"də ən böyük ulduz penaltidən bir qol vuran Uels yığmasının kapitanı Qaret Beyldir. Ümidləri doğrultmayan futbolçulardan 3-ü Polşa, 2-si Uels millisinin üzvləridir. Bundan başqa, İran, Qətər, Danimarka, Seneqal, Belçika və Kosta Rikadan hərəyə bir futbolçu rəmzi "11-liy"ə daxil edilib.
Mirağa