Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni DÇ-2022-nin finalındakı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu sosial şəbəkə hesablarında belə paylaşım edib:
"Dünya çempionatındakı məyusluğu həzm etməyə vaxt lazım olacaq. Biz bacardığımızı ortaya qoymağa çalışdıq. Lakin alınmadı və mən çox məyusam. Əminəm ki, Fransanın parlaq gələcəyi var".
Xatırladaq ki, Qətərdə keçirilən mundialın finalında Fransa millisi Argentina seçməsi ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu qazanıb.
Nihat