Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Rumıniyaya qarşı keçirdkləri oyun (1:1) barədə fikirlərini bölüşüb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb: "Rumıniyaya ilə matç əla alındı. Futbolçularımız yaxşı mübarizə apardılar. Rumıniya güclü komandadır. Hər biri yüksək səviyyəyə malik 3 yığma ilə qarşılaşdıq. Təqdirəlayiq oyunlar sərgilədik".
Qeyd edək ki, Slovakiya seçməsi ən yaxşı qrup üçüncülərindən biri qismində 1/8 finala vəsiqə qazanıb.
Nihat