"Həm hesab, həm də oyun baxımından bizim üçün pis gecə idi".
Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı uduzduqları oyundan sonra deyib.
69 yaşlı mütəxəssis böyükhesablı məğlubiyyəti belə şərh edib:
"İlk dəqiqədə qol buraxdıq. İstədiyimiz oyunu oynaya bilmədik. Rəqibin basqısı vardı. Yalnış seçimlər etdim. Oyunçularım əllərindən gələni etdilər. Xal sayını 15-16-ya yüksəltməliykən cəmi 11 xalımız var. Dünya çempionatına getmək şansımız hələ var. Birinci yer Niderlandın əlinə keçdi, ikinci yerdə olmaq şansımız var.
İnsanlar xəyalları üçün yaşayır. Bizim xəyalımız hər kəslə sevinc paylaşmaq idi. Meydandakılara yox, amma şəxsən mənimlə bağlı olan tənqidləri hörmətlə qarşılayıram. Uğursuzluqla bağlı çox söz deyilə bilər, ancaq bunun günahkarı mənəm. Məni sevən də, sevməyən də, bu gün üzülüb. Türkiyəni sevənlər üzülüblər. Bu oyunçulara toxunub onları yaralayanlar yalnış edirlər. Rəhbərliyin də günahı yoxdur. Seçimləri edən mənəm, məsuliyyəti də mənimdir.
Röya