DÇ-2022-nin seçmə mərhələsində İngiltərə millisi səfərdə Polşa ilə heç-heçə edib - 1:1.
Fanat.Az xəbər verir ki, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt (Gareth Southgate) görüş zamanı heç bir dəyişiklik etməyib.
Xatırladaq ki, belə bir fakt İngiltərə millisində sonuncu dəfə 25 il bundan öncə - 1996-cı ilin Avropa Çempionatı zamanı baş vermib.
Emin Şəmsiyev