DÇ-2022-nin seçmə mərhələsində VIII turunun oyunlarından sonra statistik göstəricilər açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Millimizin qolkiperi Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
7 görüşdə 40 "seyv"lı yadda qalan 27 yaşlı əlcək ustası bu nominasiyada üçüncü pillədə qərarlaşıb. Birinci pillədə 44 qurtarış edən San Marino yığmasının üzvü Elia Benedetti qərarlaşıb. Lixtenşteynin qapıçısı Benyamin Byuhel isə 43 "seyv" ikinci sıradadır.
Qeyd edək ki, Azərbaycan komandası son olaraq Belqraddakı "Rayko Mitiç" stadionunda Serbiyaya 1:3 hesabı ilə uduzub.