İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem (David Beckham) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə"The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə əməkdaşlıq önümüzdəki ay açıqlanacaq. Bekhem artıq ona ildə 15 milyon funt sterlinq (təxminən 18 milyon avro) qazandıracaq müqavilə ilə razılaşıb.
Xatırladaq ki, Qətərdə keçiriləcək futbool üzrə DÇ 2022-ci il noyabr ayının 21-dən dekabr ayının 18-nə dək keçiriləcək.
Emin Şəmsiyev