DÇ-2022-nin 1/4 final mərhələsində daha çox futbolçu ilə təmsil olunan klublar İngiltərə təmsilçiləridir.
Fanat.Az xəbər verir ki, bu mərhələdə oynamaq fürsəti qazanan bütün millilərdəki 207 oyunçudan 65-i İPL komandalarının formasını geyinir.
Sonrakı pillələrdə İspaniya La Liqası (31) və İtaliya A Seriyası (23) qərarlaşıb.
Maraqlıdır ki, klublar arasında liderlər eyni şəhərin təmsilçiləri - "Mançester Yunayted" və "qırmızı şeytanlar"ın əzəli rəqibi "Mançester Siti"dir. Mançester nəhənglərinin hərəsinin 11 oyunçusu mundialın 1/4 finalına çıxıb. DÇ-yə hamıdan çox - 17 futbolçu göndərən "Barselona"nın isə 5 üzvü çərəkfinaldadır.
Nihat