18:41 13.12.2024 374

Püşk millimiz üçün nə vəd edir? - DƏYƏRLƏNDİRMƏ

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atıldı. Azərbaycan millisi də ilyarım sonra okeanın o tayında, Amerikanın üç ölkəsində keçiriləcək mundialın seçmə mərhələsindəki rəqiblərini tanıdı. Sözsüz ki, ABŞ, Meksika və Kanadaya yollanmağı xəyal belə etmirik. Hətta seçmə mərhələnin nəticəsini də yığmamız üçün öncədən proqnozlaşdırmaq - təəssüf ki, bədbin notlara kökləməklə - olar. Bu baxımdan, bugünkü püşkün nəticəsini həm uğursuz, həm də nisbətən uyğun hesab etmək mümkündür...

İsveçrədə baş tutan püşkatmanın yekununda yığmamızın bəxtinə Fransa – Xorvatiya cütünün qalibi, o cümlədən Ukrayna və İslandiya düşdü. Ən güclülərin yer aldığı səbətdən seçilən Fransa və ya Xorvatiyadan hansı ilə qarşılaşmağımızın elə də önəmi yoxdur. Hər ikisi yığmamızın tarixinə ən uğursuz rəqib kimi düşüb. Fransanı "Oser faciəsi"ndən (0:10) xatırlayırıqsa, Xorvatiya 10 il əvvəl Osiyekdə Berti Foqtsun qovulmasına yol açan 0:6 hesablı darmadağının müəllifidir. Düzdür, elə həmin seçmə mərhələdə Bakıdakı oyunda Robert Prosineçkinin rəhbərliyi altında xorvatlardan xal almağı (0:0) bacarmışdıq. Amma artıq "qatar getmişdi". AÇ-2020-də yenidən yollarımız kəsişmiş, Bakıda 1:1 oynamış, səfərdə 1:2 uduzmuşuq. Təmkin Xəlilzadənin vurduğu qolla bərabərliyi təmin etdiyimiz Bakıdakı görüş də yumşaq desək, xorvatların digər həmyerliləri Nikola Yurçeviçin Azərbaycanda "yerini möhkəmləndirmək" baxımından hədiyyə idi. Əlqərəz, Santuşun komandası istər Fransaya, istərsə də Xorvatiyaya müqavimət göstərmək gücündə deyil. "Xoruzlar" nəinki qrupumuzun (potensial), ümumiyyətlə DÇ-nin favoritidir. Xorvatlarda nəsildəyişmə getsə də, onlar bu prosesi sürətlə keçir. Sözügedən millinin bazası hesab olunan "Dİnamo Zaqreb"in bu yay ÇL-də "Qarabağ" üzərində üstünlüyü çox şeydən xəbər verdi...

Püşkün nisbətən münasib olduğunu qeyd edəndə Ukrayna və İslandiyanın heç də "div" rəqib olmadığına keçid etmək istəmişdik. Hər halda, ikinci səbətdən seçilən Ukrayna heç də yaxşı günlərini yaşamır. Ötən AÇ-də qrup sonuncusu olublarsa, bir ay əvvəl yekun vurulan Millətlər Liqasında mübarizə apardığı B Liqasında qrup ikincisi olmaqla kifayətlənib. Bundan başqa, Ukrayna ev oyunlarını neytral meydanda keçirmək məcburiyyətindədir. Doğrudur, ilyarım sonra mövcud reallığın necə olacağı bəlli deyil. İstənilən halda, indiki situasiyadan yanaşsaq, ukraynalıların hər iki görüşü ölkəsindən kənarda keçirməsi lehimizə ola bilər. 
Ukrayna ilə seçmə oyunlarda heç vaxt qarşılaşmamışıq. Yalnız 2006-cı ildə iki yoldaşlıq görüşü baş tutub ki, Bakıda 0:0 oynayan millimiz Kiyevdə 0:6 hesablı darmadağına məruz qalıb.            
 
İslandiyaya gəlincə, sözügedən komanda ilə də rəsmi oyun olmayıb. Yalnız 2008-ci ilin yayında Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hansı ki, yığmaya elə həmin il Berti Foqts baş məşqçi gətirilmişdi. İslandiyada baş tutan matçda yığma komandamızın üzvü Fabio Luis Ramim oyunun 48-ci dəqiqəsində hesabı açmış, 58-ci dəqiqədə islandiyalı futbolçu Qrekor Steynson cavab topu vurmuşdu. Təbii ki, bu rəqiblə indi səfərdə oynamaq çətin olacaq. Amma Bakıda onlardan xal almaq mümkündür.

Püşkün pis tərəfi odur ki, yığmamız 4 komandalı qrupa düşdü. Sayı çox olan qruplarda isə 5-ci səbətdən zəif iştirakçılar yer aldı. Hansı ki, məhz onlara çox vaxt "6 xallıq rəqib" gözü ilə baxırıq. Amma son qatıldığımız yarışda - Millətlər Liqasında Estoniya (belə hal çox olub) nümunəsi də var ki, bu da "ən zəif komanda elə özümüzük" qənaətinə dəlalət edir.    
AFFA portuqaliyalı Fernandu Santuşu, qarşısına 2028-ci ildə baş tutacaq Avropa çempionatına çıxmaq vəzifəsi qoymaqla, yəni uzaq perspektiv üçün gətirib. Amma faktdır ki, Millətlər Liqasındakı uğursuzluqdan sonra ictimai qınaq və təzyiq bu işbirliyinin vaxtından xeyli əvvəl dayandırılması riski yaratdı. Hətta Santuşun bu ay postundan kənarlaşdırılacağı ilə bağlı xəbər yayılmışdı. AFFA-dan məlumatı təkzib etsələr də, DÇ-nin 2025-ci ilin sentyabrında başlayacaq seçmə oyunlarının nəticəsi portuqaliyalının taleyinə birbaşa təsir edəcək. Yığmanın potensialında dəyişiklik olub-olmadığını gələn ilin bu vədəsinə kimi biləcəyik. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 Yanvar 2025
02:34

Liqa 1: PSJ Parisdə sürprizə imkan vermədi

02:08

A Seriyası: "İnter" səfərdə, "Napoli" evdə sevindi

01:26

"Barselona" "Real"ı darmadağınla yenərək İspaniya Superkubokuna sahib çıxdı

00:54

La Liqa: "Atletiko Madrid"ə 1 qol bəs etdi

12 Yanvar 2025
23:47

Almaniya Bundesliqası: "Leyptsiq" 3 xalı 4 qolla qazandı

23:21

"Mançester Yunayted" "Arsenal"ı mübarizədən kənarlaşdırdı

23:02

Türkiyə Super Liqası: "Qalatasaray"dan əzmkar qələbə

22:50

Samir Abasov “Neftçi”nin təlim-məşq toplanışını dəyərləndirdi - VİDEO

22:11

Futzal üzrə Azərbaycan Kuboku: 1/4 finalçılar bilindi

21:54

Mahir qol vurdu, komandası qələbə qazandı

21:19

"Bir dəfə qalib gəlirsənsə..." - Amorim Ferqyusondan nə danışdı?

20:50

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:22

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ

19:52

"Turan Tovuz" Özbəkistan komandasına da uduzdu

19:25

Qurban Qurbanov Juninyo ilə bağlı son vəziyyəti açıqladı

18:59

"Həm oyun təcrübəsi, həm də yüklənmə baxımından uğurlu matç oldu"

18:17

"Qarabağ" "Zirə"ni yendi

17:55

3 hissəli oyunun qalibi "Sabah" oldu

17:20

"Fənərbağça"da yeni müqavilə

16:55

Koman bu ay İngiltərə nəhənginə keçə bilər

16:10

Noyer son qərarını açıqladı

15:51

ABL: "Gəncə" "Sumqayıt"ı yendi

15:09

"Şəki"nin sabiq basketbolçusu "Abşeron"a qoşuldu

14:44

"Kəpəz"in futbolçusu aşağı liqa komandasına keçdi

14:14

"Qarabağ"ın rəqibindən əzmkar qələbə

13:57

Ciddədə "Real Madrid" - "Barselona" dueli: İspaniya Superkubokunu kim qazanacaq?

13:33

Rəşad Sadıqov rəmzi "11-lik"də

12:54

UNEC klubunun voleybolçusu: "Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırır"

12:18

"Benfika" növbəti tituluna qovuşdu

11:57

Süleymanova DÇ-yə vəsiqə qazandı

11:19

ABL: Bu gün 10-cu tura yekun vurulacaq

10:48

Danimarkalı hücumçu Fransa klubuna keçdi - RƏSMİ

10:13

Günün oyunları bu kanallarda - AFİŞA

09:41

Qvardiola Uokerin getmək istədiyini təsdiqlədi

09:00

"Mançester Siti" 92 il sonra bacardı

11 Yanvar 2025
23:15

Anri bu milli komandanı çalışdırmağa əsas namizəddir

22:06

"Zirə" məşqçisi ilə vidalaşdı

21:38

Kurban Berdıyev legioner limitinin ləğv olunmasını istəmir – VİDEO

21:00

Azərbaycan mundiala ev sahibliyi edəcək

20:21

Elmar Baxşıyev "Səbail"lə oyunu dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X