DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində dünən Norveç seçməsinə 0:3 hesabı ilə uduzan İtaliya millisinin baş məşqçisi Luçano Spalletti ağır yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, PSJ-nin qolkiperinin sözlərini "RAI Sport" belə çatdırıb:
"Qapımızda buraxmaya biləcəyimiz ilk qolu görəndən sonra rəqib boşluqlardan istifadə etdi. Bu bizə çox sayda problem yaratdı və ardından vəziyyət mürəkkəbləşdi.
Onlar iki top fərqi ilə önə keçəndən sonra meydanın özlərinə aid hissəsinə çəkildilər. Belədə, boş zona tapmağa çətinlik çəkdik. Bundan başqa, heyətdə komanda yoldaşını təkbətək çıxarmağı bacaran oyunçularımızın olmaması da matçın nəticəsinə təsirsiz ötüşmədi.
Bu komandaya mən rəhbərlik edirəm, heyəti də özüm seçmişəm. Ona görə də bu oyunçularla işləməyə davam edirəm.
Müəyyən aspektləri yaxşılaşdırmalıyıq. Əlbəttə, topu itirərək rəqibə üstünlük qazandıra bilmərik... Bizim fikrimizcə, indiki heyət ən yaxşıdır. Deməli, bu futbolçularla çatışmazlıqları aradan qaldırmağa səy göstərməli, oyunumuzu inkişaf etdirməliyik".
Nihat