17:10 11.06.2025 331

Santuşlu milli seçmə mərhələyə nə dərəcədə hazırdır? - Mütəxəssislər dəyərləndirdilər

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Dünən Mərdəkandakı "Liv Bona Dea Arena"da Macarıstan millisi ilə yoldaşlıq görüşünə çıxan Azərbaycan seçməsi 1:2 hesabı ilə məğlub oldu. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında qələbə qazana bilməyən təmsilçimiz 6 oyundan sonra nəhayət ki, qol vurmağı bacardı. Əlbəttə, yığmamızın ortaya qoyduğu futbol barədə çox fikirlər səsləndirmək olar. Bu dəfə yerli futbol mütəxəssislərinin Santuşun çalışdırdığı kollektiv barədə nə düşündüklərini soruşmaq qərarına gəldik. 

"4-5 oyunçu ilə əks-həmlələr təşkil etməyi öyrənməliyik"

Öncə tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimova telefon açdıq. Onun söylədiklərini diqqətinizə çatdırırıq:

"Həm Latviya, həm də Macarıstanla oyunlkarı götürsək, çatışmazlıqlarımız çox idi. Latviya kimi komandalara qalib gəlməliyik. Amma uduzmağımıza baxçayaraq, macarlarla matçda daha hərəkətli göründük. Latviyadakı qarşılaşmada təəssüf ki, daha sönük oyuna şahidlik etdik. İki qol imkanı yaratsaq da, effktivlik baxımından zəif təsir bağışladıq. Oyun məni qane etdimi? Əlbəttə, yox. Amma əvvəlki bəzi matçlara nəzərən Macarıstanla matçda qismən yaxşı futbolla diqqət çəkdik. Özümüzü əks-hücumlarda sınamağa çalışdıq. Onlar Bakıda dominant oynamağa çalışdılar. Bunu matçdan sonra təşkil edilən mətbuat konfransında baş məşqçiləri də dedi. Onlar işlərinin öhdəsindən gəldilər. Biz isə taktiki planda qarşıya qoyulan məqsədə çata bilmədik. 

Milli komandamızdan top səviyyəli rəqiblərlə görüşlərdə qələbə gözləmək reallıqla uzlaşan arzu deyil. Bir mütəxəssis olaraq mən başa düşürəm ki, Fransa, Xorvatiya, Portuqaliya və ya Ukrayna ilə oyunlarda qalib gələcəyimizi fikirləşməyə dəyməz. Lakin Belarus, Latviya, Estoniya kimi rəqibləri məğlub etməliyik. Yəni bu komandalara qarşı dominant oynayıb qalib gəlmək iqtidarındayıq. Belə rəqibləri məğlub etməyə oyunçu potensialımız da imkan verir. Millini oyunlara hazırlamaq, düzgün oyun modeli seçmək baxımından isə çox sayda problemlərimiz var. Hə, razıyam oyunçularımızın çox da keyfiyyətli olmamaları müəyyən maneələr yaradır. Ancaq quruculuq işləri başqa istiqamətlərdə getməlidir. 

Oyun modelimizə gəlincə, bu yöndə hər mütəxəssisin öz fikri var. Biz qələbələr qazanmaq və bunu yaxın gələcəkdə etmək istəyiriksə, indiki üslubumuzu inkişaf etdirməliyik. Reytinqi yüksək olmayan millilərin - Gürcüstan, Şimali Makedoniya, Albaniya kimi kollektivlərin Avropa və dünya çempionatlarına necə vəsiqə qazandıqlarına diqqət yetirsək, hər birinin kompakt müdafiə olunaraq yüksək oyun intizamı sayəsində arzularına çatdıqlarını görərik. Ən yaxın keçmişdə Qazaxıstan seçməsi də AÇ-nin final mərhələsinə qatılmağa yaxın olmuşdu. Özümüzdən üstün rəqiblərlə üz-üzə gəliriksə, dominant futbol barədə düşünə bilmərik. Sürətli keçidlərimizi yaxşılaşdırmalıyıq. 4-5 oyunçu ilə əks-həmlələr təşkil etməyi öyrənməliyik. Sistem olaraq dördlü və ya beşli müdafiə ilə oynamaq fərq etməz. Arxa xətdə mümkün qədər az boşluğa yol verməyin yollarını axtarmalıyıq. Digər tərəfdən, bizə birəbir epizodlarda rəqib müdafiəçilərini keçə biləcək fiqurlar lazımdır. Gürcüstan millisi heyətində Xviça Kvaratsxeliya kimi dünya səviyyəli vinger olsa da, intizamlı müdafiə fonunda hücumda çoxalmaq planına sadiq futbol nümayiş etdirirdilər. Son iki oyunda Elvin Cəfərquliyev sürəti hesabına cinahda buna bənzər işlər görməyə çalışdı. Düzü, bir vaxtlar bu işi Əfran İsmayılov daha yaxşı şəkildə yerinə yetirirdi. İndi bizdəki əsas problemlərdən biri də rəqibi keçə bilən vingerlərin olmamasıdır. 

Uzun müddətdir qələbə qazana bilməməyimiz təbii ki, komandada psixoloji gərginlik də yaradır. Yoldaşlıq oyunlarının ana məqsədi oyunçuları yoxlamaq, hansısa modeli sınaqdan keçirmək olsa da, qələbəsizlik seriyası uzandıqca əlavə təzyiq öz sözünü deyir. Bilirsiniz niyə? Qələbə gecikdikcə düz yolda olduğun sübuta yetirilmir. Mcacrıstan başadüşüləndir, onlara qalib gəlməyə bilərik. Belə desək, "dişimizə" uyğun rəqiblərlə görüşlərdə qələbə sevinci dada bilməməyimiz DÇ-2026-nın seçmə mərhələsinin oyunları ərəfəsində yaxşı hal deyil".

"Oyunçu potensialı ilə sistem uyğun gəlməlidir"

"Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov Santuşun tətbiq etdiyi 5-3-2 düzümünü icələdi və mövcud çatımazlıqları bu şəkildə çatdırdı:

"İndi əvvəlkinə nisbətən daha müdafiəyəmeyilli oynayırıq. Ən önəmlisi budur ki, hücumameyilli futbolçularımızı da müdafiəyəmeyilli oynatmağa çalışırıq. Son oyunlarda 5-3-2 düzümü ilə mübarizə aparmışıq. "8 nömrə" və "6 nömrə" mövqelərində Emin Mahmudovla İsmayıl İbrahimli çıxış edir. Santuş Anatoli Nuriyevdən daha çox əks-hücumlarda fayda götürmək istəyir, amma oyunlar zamanı görürük ki, Emin arxaya "düşəndə" ön xətdə kömək etmək imkanları olmur. 5-3-2 sistemində mərkəzdə yer alan 3 futbolçu hücuma daha çox kömək etməlidirlər. Deyirlər ki, Emin "10 nömrə" kimi gözə dəymir, lakin burada yanlışlıq var. 5-3-2-də ortadakı 3 oyunçunun hamısı "8 nömrə" funksiyasını yerinə yetirməlidir. Yəni üçü də həm hücuma, həm müdafiəyə dəstək verməlidirlər.

Ən "axsayan" tərəflərimizdən biri də mərkəz müdafiəçilərimizin hücumlara qoşulmamalarıdır. Bu sistem belə, bizdə "oturuşmayıb". Tətbiq edilən sistemi mükəmməlləşdirmək üçün topla daha yaxşı davrana bilən mərkəz müdafiəçilərinə də ehtiyacımız var. Hər şey Abbas Hüseynovun və Elvin Cəfərquliyevin hücumlara qoşulmasından ibarət deyil. Açığı, Abbasla Elvin Macarıstanla matçda öz imkanlarından da yuxarı səviyyədə futbol sərgilədilər. Əfsuslar olsun ki, bunu bütün müdafiə xətti haqda demək mümkün deyil. Bəhlul Mustafazadə hardasa 50-60 faiz komandaya kömək etdi. Cəlal Hüseynov klubunda da eyni sistemdə oynasa da, heç nə ilə yadda qalmadı. Cəlalın uyğunlaşmadığını sezmək çətin deyildi. Rəhman Daşdəmirov da həmçinin. Rəhmanın klubunda dördlü, yığmada beşli müdafiədə oynadığını da nəzərə almalıyıq. Ümumilikdə mərkəz müdafiəçilərimizin zəif təsir bağışlaması onların önlərində yer alan orta xətt oyunçularının müdafiə planında arzulanan səviyyədə olmamaları ilə izah edilməlidir. Məsələn, Emin bu baxımdan çox zəifdir, İsmayıl da rəqib həmlələrinin qarşısını kəsmək bacarığı ilə seçilmir. Bizə böyük müstəvidə Cennaro Qattuzo, özümüzə baxsaq, Qara Qarayev tipli dağıdıcı dayaq yarımmüdafiəçisi lazımdır. Tutaq ki, hücum xəttində Mahir Emreli oyunu yaxşı keçirdi, yeganə qolun müəllifi Renat Dadaşov pis təsir bağışlamadı, ümumilikdə balans yox idi. Bir daha təkrar edirəm, daha çox ortda xəttəki 3 oyunçunun tipini düzgün müəyyən edə bilməmişik. Sistem də böyük ölçüdə, buna görə "axsayır".  Mahmudov bu gün 4-2-3-1-də "10 nömrə" kimi daha çox xeyir verər. Oyunçu potensialı ilə sistem uyğun gəlməlidir. Gəlmirsə, məcburiyyətdən belə oynamaq anlayışı yoxdur. Qolların necə vurulduğunu hamımız izlədik. Təbii ki, rəqib də mərkəzdəki boşluqları görür".

"Millimizdə inkişaf qığılcımları görəcəyimizə ümid edirdik"

Qol vurmaq baxımından çətinlik çəkən millimizə futbol oynadığı dönəmdə bombardirlik məharətini ortaya qoyan, 2007/2008 mövsümündə "İnter"in heyətində 19 qolla Premyer Liqanın ən sərrast oyunçusu olmuş Xaqani Məmmədovun da fikirlərinə ehtiyac duyduq:

"Seçmə mərhələ ərəfəsində belə oynayıb uduzmaq heç də xoş olmadı. Düzdür, Macarıstan millisi güclü komandadır, amma onlar da yoldaşlıq görüşü olduğuna görə yalnız nəticə barədə düşünmürdülər. Həm özlərini zədələrdən qorumağa çalışırdılar, həm də yığmada rəsmi matçlarda az oynayan futbolçularını yoxlamaq istəyiridlər.

Millimizdə inkişaf qığılcımları görəcəyimizə ümid edirdik.Təəssüf ki, inkişaf planında nəsə görə bilmədim. Latviyaya qarşı necə oynamışdıqsa, bu qarşılaşmada da eyni sistemdən istifadə etdik və balanslı futbol sərgiləyə bilmədik. Əlbəttə, seçmə mərhələdəki rəqiblərimiz güclü komandalardır. Fransa, Ukrayna və İslandiya kimi kollekitvlərlə qarşılaşmalarda belə futbolla nəyəsə nail olmaq çox çətin məsələdir. Uğurlar arzu edirəm komandamıza. Hər şeyin yaxşıya doğru dəyişəcəyinə, millinin daha çox qol vurmağın, qələbə qazanmağın yollarını tapacağına ümid edirəm".

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2025
23:30

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

22:56

Spaletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

17:25

Mançini milliyə can atır: "Getmək mənim günahımdır"

17:06

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

16:48

Leroy Sane "Qalatasaray"da - RƏSMİ

16:29

Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı - Vingerin tələbi açıqlandı

16:11

Ceydon Sançonu istəyən elita klublarının adları bəlli oldu

15:52

"Şamaxı" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

15:34

Modriçin İtaliya nəhənginə nə vaxt qoşulacağı bilindi

15:16

Levandovski ilə insident yaşayan Probej millidən getdi - RƏSMİ

14:58

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

14:40

"İndi klublararası dünya çempionatının qalibi olmağın əsl vaxtıdır" - Luis Enrike

14:22

Azərbaycanda keçiriləcək MDB oyunları üçün 246 medal dəsti ayrıldı

14:04

Patrik Andrade "Zirə"də?

13:45

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi - AÇIQLAMA

13:26

Kevin De Bröyne İtaliyaya yollandı - Maaşı və müqavilə şərtləri açıqlandı

13:08

"Sumqayıt" daha iki futbolçusu ilə vidalaşdı

12:50

"Zirə"də 2 yeni müqavilə - RƏSMİ

12:22

"Real" braziliyalı ulduzunu İngiltərə nəhənginə satır - MƏBLƏĞ

12:04

"Bayer" PSJ-nin oyunçusunu transfer etdi

11:37

"Hər komandaya onun kimi biri lazımdır" - Erlinq Holand

11:19

"Araz-Naxçıvan" ilk transferini reallaşdırdı

11:02

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı - Cüdo tariximizdə ilk

10:43

La Liqanın rəhbəri FİFA-nı sərt tənqid etdi - "Milli liqalara, xüsusilə də bizə ciddi problem olacaq"

10:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

"Mançester Yunayted"in yetirməsi Fransa nəhənginə keçdi - RƏSMİ

09:45

“Əl-Nəsr”in ən bahalı oyunçusu komandanı tərk edir

09:23

Leroy Sane Türkiyəyə gəldi - Ulduz futbolçudan ilk açıqlama

09:00

Hakan Çalhanoğlu İtaliyadan ayrılır - "İnter" ona əvəzləyici tapdı

11 İyun 2025
23:50

"Bu mənə ən uyğun gələn oyun tərzidir" - Teyani Reynders

Facebookdan bizi izləməyi unutmayın.
X