17:17 02.09.2021 1646

Cırtdan beyinlər əjdaha ola bilməzlər

Nə qədər desən də ki, futbola münasibət bildirməyəsən, azarkeşlərin, xalqın hayqırtısını görüb biganə qalmaq olmur. Bilə-bilə ki, futbol(d)a olan mövcud yanaşma ilə heç nə dəyişən deyil. Bu, ümidsizlik deyil, dünənin, bu günün reallığıdır.

Azarkeşlərin haqlı etirazından, ara-sıra az sayda yazılan operativ təhlillərdən və ya  təmkinli halda deyilən fikirlərdən başqa futbolda beyin xaosu hökm sürür, anarxiyadır. Məqsədli gedişlər, araqatmalar, yayındırıcı manevrlər... Azərbaycan futbolu düşdüyü bəladan qurtula bilmir. Ölkə futbolunun potensialı heç də aşağı deyil. Xam məhsulu axtarıb tapıb, sistemli hala gətirib, cilalayıb, hazırlayıb, Avropa yolunu çəkəndən sonra meydana çıxarılır/çıxarıla bilər. Sadə müqayisə, təbii sərvətimiz, neft, qaz yolunun keçdiyi kimi. Futbol sərvətlərimiz də yetərincədir. Hərə öz bacardığı işlə məşğul olmalıdır. Bu, inkişafın, nəticələrin təməl prinsipidir. Nə şərait yaradılırsa yaradılsın, bacarıqlılar üzərində işlək mexanizm qurulmadan "xaric" səslər gələcək, xaricdə/evdə "cırtdan"lara da uduzulacaq. Məkrli, məğlub psixologiyalı cırtdan beyinlər heç vaxt əjdaha ola bilməzlər.

Lüksemburqla fiasko o qədər müzakirə edilib ki, təkrarçılığa ehtiyac yoxdur. Azərbaycanda futbol yoxdur, futbolu bilmirlər deyənlərə ən tutarlı cavabı hələ matç başlamamış start heyəti açıqlanandan dərhal sonra verildi. Sosial media, şəbəkələrdə 7-dən 77-yə kimi 99 faiz  azarkeşlər, futbola yaxın-uzaq olanlar, jurnalistlər, mütəxəssislər heyətin yanlış qurulduğunu birmənalı olaraq dilə gətirdilər.  Müasir günümüzdə, məqsədli araqatanlar istisna, futbolu bu səviyyədə qavrayırlar ölkədə.

Azərbaycan futbolunda futbolu bilən, tələbkar, qalib ruhlu xalqımız qarşısında idarəçilərin, mütəxəssislərin, məşqçi, futbolçuların çalışması, çıxış etməsi elə də asan deyil. Milli mentallıqdan irəli gələn emosional durumu da əlavə etsək, bəzən tələbkarlıq müsbət mənada dözülməz həddə çatır.  De Byazi bir açıqlaması ilə özünü, Azərbaycan futbol idarəçiliyini qaldırıb çırpdı yerə. "Əlimin altında olan futbolçulara güvəndim, legioner futbolçular gec qatılmışdılar". "Məntiq" fantan vurur. FİFA, UEFA-nın bəlli qaydaları var. Bu mövsümdən pis-yaxşı futbolçularımızın xarici klublarda sayı artıb, yaxşı da çıxış edirlər...

İndi nə edək, UEFA-ya müraciət edilsin ki, Azərbaycan futbolunun "inkişafı" naminə futbolçularımızın çıxış etdikləri ölkələrdə yığmaya görə çempionatlar dayandırılsın və ya klubların əsas heyət oyunçularını iki həftə öncə millinin düşərgəsinə göndərsinlər? Elə gec qatılanlar meydanda olanlara kömək edib oyunu nizamladılar, ikinci hissəni də qalib bitirdilər.  İllərdi futbolun, yığma başbilənlərinin ideyalarına uyğun çempionat qurban verilir. Uğursuz gedişlərlə nəyə nail olunub, Avropa, dünya finallarına çıxılıb? Bu, klublarda çalışan məşqçilərə qarşı illərdi edilən hörmətsizlikdir. Əksər məşqçilərimiz hər dəfə "milli naminə" deyib üstündən keçirlər. Lüksemburqda həm milli məğlub oldu, həm də legioner futbolçularımıza mənəvi-psixoloji zərbə vuruldu. Bu münasibət təzə-təzə klublarına uyğunlaşan futbolçuları ehtiyata atmaqla karyeralarına, gələcək yığma, klub çıxışlarına mənfi təsir göstərə bilər. Hələ ki, olanımız onlardır, başqaları yoxdur.

Axtyamovlardan, ondan öncəkilərdən tutmuş eddilərə, almeydalara kimi millini "ağ günə" çıxaranlar, finallara "daşıyanlar" indi də 30 yaşlı ozobiçlərə, qurbanilərə bel bağlayıb Lüksemburq qarşısında rəzil olurlar. "Gəncdilər", nə yaşlıarı var, 35-ə püxtələşərlər...  Tez-tez təbliğat maşını arqumentlər səsləndirir: "Aparıcı futbol ölkələrində də milliləşdirilmişlər var". Türkiyədə də vaxtilə vazkeçilməz Aurelio çıxış edirdi. Belələri İtaliya, Rusiya, digər millilərə az sayda nəticə üçün gətirilir, Lüksemburqa məğlub olmaq üçün yox. Millini qapılarını açıb bu qədər ucuzlaşdırılmamalıdır!

Tək de Byazi edir bunları? Bu proses illərdi davam edir və tükənmək bilmir. Azərbaycanda əsas futbol strategiyası bundan ibarətdir,  bölgələrimizdə futbol olmasa da olar. Nə əcəb "Herta" Berlindən bir futbolçu tapıb məşhur "akademiyada" yetişdirildiyi elan edilməyib hələ... Ölkə futbolunun dağıdıcı ideoloqları bəllidir. Hamısı məsuliyyət daşıyırlar. AFFA-da yüksək vəzifə daşıyan, İcraiyyə Komitəsi üzvləri olan futbol adamları da var. Son vaxtlar "çörək" məsələsi yenə dillər əzbəri olub: "Nə etsinlər, futbolda, klublarda olanlar çörəklərindən olmaq istəmirlər". Hələ arada bizi də nümunə göstərirlər... Çörəyi verən Allahdır!

Biz nə etmişik ki?! Gecə-gündüz hər an ölümlə üz-üzə qalan igidlərimiz düşmən qarşısında, düşmən içində həftələrlə ac-susuz qəhrəmanlıqlar göstərdilər, şəhidlik zirvəsinə ucaldılar. Aralarında tribuna fanatları, azarkeşlər də yetərincə idi. Onlar yaşamaq istəmirdi, çörək dırdi çəkmirdilər?! Futbolda susmaq, "çörək" dərdi çəkmək nə böyük "qəhrəmanlıq" imiş? Futbol meydanları ilə döyüş meydanları arasında psixoloji olaraq heç bir fərq yoxdur. Düşmənlər də Moskvanın göbəyində, Kiprdə düşmən bayraqları qarşısında yaşıl meydanlarda məğlub edilib, qovulub. Bunun üçün milli ruhlu liderlər, generallar öndə olmalıdır.

Lüksemburq müharibə gedə-gedə, sonra da, bu günə kimi də düşmənə dəstək verir. Onlara ən layiqli cavabı ölkə prezidenti zamanında verdi: "Azad etdiyimiz torpaqlar Lüksemburq ərazisindən dörd dəfə çoxdur, gedib işləri ilə məşğul olsunlar"! Yaşıl meydanda da "cırtdan" ölkəniin layiqli cavabı verilməli idi.  Futbol "generalları" tərəfindən futbolun illiyinə kimi yeridildiyi məğlub psixologiya ilə bunlar olmur. AFFA ictimai təşkilat, seçkili orqandır. Kağız üzərində belədir, reallıq isə fərqlidir. Dövlət qayğısı olmadan futbol inkişaf edə bilməz. Son 15 ildə maliyyə dəstəyi, qayğısı fantastik olub. Bu şəraitlə Azərbaycan millisi birmənalı olaraq Avropa və dünya çempionatlarının finallarına qatılmalı idi. Azərbaycanda futbolun strategiyasını cızan, yol xəritəsini çəkən, ümumi futbolun inkişafına cavabdeh olan AFFA-dır. Bunlar federasiyanın nizamnaməsində açıq göstərilib. Qanunlarla yanaşı mənəvi tellər də önəmlidir. Mənəviyyat isə çoxdan unudulub.  Heç kim federasiyadan, ələ alınmış klublardan öz xoşu ilə getməyəcək. Əksinə, illərdi "donos"lar, futbolda sözünü deyənlər haqqında hesabatlar hazırlanır, "üsyankar", "müxalifətçi" damğası vurulur. Futbolu bilməsələr də, bu işləri yaxşı bacarırlar. Nəinki futbolda, fərqli sahələrdə çalışan, futbola yaxın olan insanlara təzyiqlər edilir, onların işdən çıxarılması ilə bağlı "məsləhətlər" verilir.

Futbol çox pis ilişib. Futbolda islahatların tək yolu, prezidentin qəti addımından, sözündən keçir. Düşmən üzərində qələbə qazanan xalq, futbol meydanlarında da qalib olmalı, Avropa, dünya finallarında iştirak etməlidir. Bunu etmək, çətin də olsa, mümkündür! Əks halda Azərbaycan futbolunun yaxasından hələ çox yapışılacaq, kiçiklər qarşısında çox kiçiləcək...

Tahir Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X