13:51 02.02.2022 1614

Fond, yoxsa fənd?

AFFA Futbolun İnkişaf Fondu adlı "kassa" yaradıb. Qısaca FİF adlanacaq. FİFA-nın "A"-sını siliblər, olub FİF. Amma biz o fondun silinən "A"-sının açmasını bilirik.

Absurd - Bölgələrdə klub saxlamaq üçün vəsaitini xərcləyəcək şirkət və ya iş adamı niyə onu AFFA-nın yaratdığı fonda köçürsün ki? Elə özü yaxasını irəli verər, kluba sahib çıxar, əsas söz sahibi olar və ən əsası...pulunun yerini bilər. Hansı ağıllı quru addan ötrü özünü maddi cəhətdən AFFA-dan asılı vəziyyətə salmaq istər? 

Anormallıq - Fondun bir nümayəndəliyi də Lənkəranda açılıb. Hansı ki, divizionda təmsilçisi yoxdur. "Xan Lənkəran"dır, o da Region Liqasında çıxış edir. Deyək ki, klub təəssübkeşliyi hamıdan çox olan cənublular yığışıb 1-2 milyon topladılar, AFFA bu komandanı Premyer Liqaya buraxacaq? Yaxud 1 milyon topladılar, məbləğin qalanını AFFA özü ödədi və... kluba öz adamını prezident təyin elədi - lənkəranlılar bunu qəbul edəcək? "Xəzər Lənkəran"ı Azərbaycan futbolundan silməklə Lənkəranın böyük kəsiminin nifrətini qazanan AFFA-nın adamını bu şəhərdə qəbul edərlər? 

Ağalıq - Fond yaradılıb, amma ictimai müzakirəsinə ehtiyac duyulmayıb. Əsasnaməsi hər kəsə qaranlıqdır. Fond dediyinin idarə heyəti olar, üzvləri olar, bank hesabı olar. Ağadırlar axı, özləri müzakirə ediblər, özləri qərar veriblər... Halbuki suallar çoxdur: "kassa"ya köçürüləcək vəsait necə idarə olunacaq? Sırf könüllülük prinsipi əsas götürüləcək, yoxsa yatırım edənlər hansısa hüquqa sahiblənəcək? Axı söhbət milyonlardan gedir. 

Aldatmaq - Əslində, fond yaratmaqda məqsəd elə bu "Mustafa"yla bağlıdır. Bu ideya ilə futbolumuz inkişaf etməyəcək. Arada yenə qazanan ideya müəllifləri olacaq. Oyunçu aparsın!   

Mirağa Mirzəyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X