DÇ-2020-nin seçmə mərhələsində sabah millimizlə qarşılaşacaq İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni oyunöncəsi mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan seçməsi ilə bağlı xoş sözlər səsləndirib:
"Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır. Yığmaya yeni cəlb edilən Liam Skeylzin universal oyunçudur. Koronavirusdan sağalan Kallum Robinson isə İngiltərədə klubu ilə məşq edib. O da sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər".
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.