Bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. İspaniya milli komandası evdə Gürcüstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Günün digər maraqlı qarşılaşmasında isə Bolqarıstan Litvanı qəbul edəcək.
Bəs bu oyundan nə gözləmək olar? Qarşılaşma ilə bağlı "Münəccim"in proqnozunu təqdim edirik.
İspaniya
İspanlar ötən tur İsveçə məğlub olmaqla uzun müddət davam edən məğlubiyyətsizlik seriyasına son qoymuş oldular. Bu məğlubiyyət İspaniyanın heç də yaxşı günlər yaşamadığının göstəricisidi. Çünki buna qədər qrupda Yunanıstanla bərabərlik qeydə alınmışdı. Deməli, ikinci dəfə büdrəyən İspaniya millisinin qrup lideri olmaq şansı da xeyli azalıb. İspaniyadan bir oyun az keçirən İsveç 9 xalla qrup lideridi. İspaniyanın isə 7 xalı var. Bu axşam Gürcüstanla qarşılaşacaq ispanların büdrəmək şansı yoxdu. Onlar qələbə üçün əllərindən gələni edəcəklər.
Gürcüstan
Qonşularımız həmişəki kimi təəccübləndirməyə davam edir. Gürcülər yaxşı futbolçuları ilə öyünürlər. Avropanın müxtəlif aparıcı klublarında forma geyinən gürcüstanlı futbolçular öz millilərində “vahid komanda”ya çevrilə bilmirlər. Uğur üçün həmişə nəsə çatmır. B qrupunda 4 oyun keçirən Gürcüstan cəmi bir xal qazanıb ki, bu da Yunanıstanla səfər oyununda əldə olunub. Son qarşılaşmada gürcülər evdə Kosovaya 0:1 hesabıyla uduzublar.
Proqnoz
Bu komandaların Tbilisidəki qarşılaşmasında ispanlar 2:1 hesabıyla çətin qələbə qazanmışdılar. Sözsüz ki, ispanlar bu axşamkı görüşün də şəksiz favoritidi. Amma bu proqnozun əmsalı elə də yüksək deyil. Belədə diqqətləri qol sayına yönəltməyə dəyər. Gürcülərin İspaniyaya qol vuracağı inandırıcı görünmür, ispanlar isə çətin Kosova səfəri öncəsi özlərini çox da yormayacaqlar. Belədə meydan sahiblərinin qələbəsi və oyunda 4-dən az qol vurulacağına inanmaq olar. Bu ehtimalın əmsalı isə 1,74-dür. Fikrimizcə, yetərincə cəlbedici rəqəmdir.
22:45. İspaniya - Gürcüstan: Proqnoz 1 və 3,5 alt. Əmsal: 1,74.
Bolqarıstan
Bolqarlar həmişə Avropanın ortabablarından sayılıb, istedadlı futbolçularıyla öyünüblər. Lakin bu futbolçular uzaq 90-cı illərdən milli səviyyəsində böyük uğurlarla öyünə bilmirlər. Üç gün bundan əvvəl səfərdə İtaliyadan xal qoparan, evə 1:1 hesablı bərabərliklə dönən Bolqarıstanın düşərgəsində sözsüz ki, əhval-ruhiyyə yaxşıdı. Bu uğurun davamını gətirmək, qrupda vəziyyəti yaxşılaşdırmaq üçün Litvanı məğlub etmək lazımdı.
Litva
Litva millisi isə Avropanın ən zəiflərindədi. Qrupda sonuncu sıranı özəlləşdirən Pribaltika ölkəsinin təmsilçisi cəmi bir qol vurub, keçirdiyi üç görüşün hamısında uduzub. Onların bu axşam Sofiyada Bolqarıstana müqavimət göstərəcəyi heç də inandırıcı deyil. Sentyabrın 2-də doğma meydanda Şimali İralndiyaya 1:4 hesabıyla uduzan litvalıları Bolqarıstanın paytaxtında da çətin sınaq gözləyir.
Proqnoz
Litva millisi gücsüz, iddiasız bir komandadı. Bolqarıstan isə əksinsə, özünü sübut etmək həvəsindədi. Aktivində 2 xal olan bolqarlar ardıcıl iki görüşdə Litvanı məğlub etməklə qrupda 3-cü pilləni tutmaq üçün şans qazanacaq. Bunun üçünsə bu axşam Litvanı evə xalsız yola salmaq lazımdı. Fikrimizcə, onlar bunu bacaracaqlar. Meydan sahiblərinin qələbəsinə verilən 1,47 əmsal yetərincə yaxşı sayılmalıdı. Risk sevənlər bolqarların foralı qələbəsini də sınaya bilərlər.
20:00. Bolqarıstan - Litva: Pronoz 1. Əmsal: 1,47.
Qeyd edək ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.