16:14 07.09.2021 1214

"Dünyanın ən yaxşı yığmasına qarşı oynayacağıq" - Şahruddin Məhəmmədəliyev

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə matçından öncə AFFA-nın Mətbuat xidmətinin suallarını cavablandırıb.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Belə demək mümkünsə, karyeranızın ən pik nöqtəsində ardıcıl iki zədə aldınız. İndi özünüzü necə hiss edirsiniz, əvvəlki formanı tam bərpa etdiyinizi düşünürsünüz?
- Əslində zədələndiyim an karyeramın ən pik nöqtəsində olduğumu düşünmürəm. Amma mövsümdə ilk dəfə yüksək səviyyədə çıxış edirdim. Zədəmə gəlincə, əlimdəki əməliyyatdan sonra formamı tam bərpa etməsəm də, gündən-günə özümü yaxşı hiss edirəm.

- Həm “Qarabağ”da, həm də millidə Emil Balayevlə, belə demək mümkünsə, amansız rəqabət aparırsınız. Bu barədə nə deyə bilərsiniz?
- Peşəkarlıq baxımından bu suala cavab vermək nə dərəcədə doğrudur bilmirəm. Ona görə də, bu sualı cavablandırmasam, daha yaxşı olar.

- Bir qapıçı kimi özünüzdə bəyənmədiyiniz xüsusiyyət nədir və ya nə kimi çatışmazlığınızın olduğunu düşünürsünüz?
- Ümumiyyətlə, özümə həddən artıq tənqidi yanaşan insanam. Təbii ki, çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün səylə çalışıram.

- Azərbaycanda ən çox bəyəndiyiniz qapıçı kimdir?
- Azərbaycanda ən çox bəyəndiyim qapıçılar Emil Balayev və Mehdi Cənnətovdur.

- Bəs dünya futbolunda ən çox bəyəndiyiniz qapıçı kimdir?
- Dünya futbolunda isə İsveçrə millisinin qapıçısı Yann Sommerin oyununu bəyənirəm.

- Öz oyun üslubunuza bənzətdiyiniz qapıçı varmı?
- Məncə, oyun üslubuma görə, heç bir qapıçıya bənzəmirəm. Amma çox istərdim ki, dünya futbolunun ən məşhur qapıçılarının oyun üslubu, xüsusiyyətləri məndə də olsun.

- Sizcə, futbol tarixinin ən yaxşı qapıçısı kimdir?
- Bu suala cavab olaraq birmənalı şəkildə Lev Yaşinin adını çəkə bilərəm. Çünki o, dünya futbolunda qapıçı mövqeyinə bir çox yeniliklər gətirib.

- Milli seçmə mərhələyə Portuqaliya yığmasına minimalhesablı məğlubiyyətlə başladı. O qarşılaşmada meydanda ən yaxşılardan biri idiniz, hətta ən çox seyv edən qapıçı oldunuz. Həmin oyun barədə nə deyə bilərsiniz?
- Portuqaliya millisi ilə oyunu səhvim üzündən məğlub olmağımızla xatırlayıram. Bununla belə, həmin görüşdə məndə çox şey alındı, çoxlu seyvlər etdim. Əslində, bir qapıçı kimi bu mənim işimdir. Məğlub olduğumuz üçün Portuqaliya millisi ilə qarşılaşmanı xoş təəssüratlarla xatırlaya bilmirəm.

- Bakıda yenidən Portuqaliya millisinə qarşı oynayacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- Yenidən dünyanın ən yaxşı milli komandasına qarşı oynayacağıq. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

- Ümumiyyətlə, millinin heyətində ən yaddaqalan oyun hansını hesab edirsiniz? Və nəyə görə yaddaqalan olub?
- Milli komandanın heyətində ən yaddaqalan oyunum Monteneqro yığmasına qarşı debüt matçım olub. Çünki ilk qarşılaşma həmişə həyəcanlı olur.

- Portuqaliya millisi ilə ilk görüşdə sizin də əla oyununla sürpriz edə bilərdik. Necə düşünürsünüz, Bakıdakı oyunda bunu bacara biləcəyik?
- Ümid edirəm ki, yaxşı nəticə qazanmaqla bu dəfə azarkeşlərimizi sevindirəcəyik.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X