2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında koronavirus əleyhinə peyvənd olunmayan futbolçuların iştirakına qadağanın qoyluması gözlənilir. Hazırda bununla bağlı müzakirələr gedir və böyük ehtimalla qərar qəbul olunacaq.
Bu isə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyti indidən düşünməyə məcbur edib. Belə ki, milli komandanın bəzi üzvləri israrla vaksin vurdurmaqdan imtina edir. Baş məşqçi dünya çempionatına qədər ya həmin futbolçuları vaksin vurdurmağa razı salmalı, ya da milliyə çağırmamalıdır. Əks halda komanda dünya çempionatından kənarlaşdırıla bilər.
Ümumiyyətlə İngiltərə Premyer Liqasında vaksinin əleyhinə olanlar çoxluq təşkil edir. İngilis mətuatının məlumatına görə, liqada oynayan futbolçuların 2/3-si vaksin olunmayıb.