Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun növbəti matçları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 qrup üzrə 8 görüş reallaşıb.
C qrupunda İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Qalib komanda mundiala vəsiqə qazanmağa daha da yaxınlaşacaqdı. Amma tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar. Qrupun digər görüşündə Litva Şimali İrlandiyanın qonağı olub. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.
F qrupunda DÇ-2022-yə vəsiqəni vaxtından əvvət təmin edən Danimarka seçməsi bu turda Farer adalarını məğlub edib. Şotlandiya da Moldova səfərindən 3 xalla ayrılmaqla qrupda ikinci pilləni rəsmiləşdirib. Avstriya – İsrail qarşılaşmasında isə meydan sahibləri qələbə qazanan tərəf olub.
I qrupunda İngiltərə millisi Albaniya üzərində darmadağına sevinibsə, Polşa da Andorra səfərindən inamlı qələbə ilə dönüb. Macarıstan yığması isə San Marinonu böyük hesabla yenib.
DÇ-2022-nin seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
12 noyabr
C qrupu
Şimali İrlandiya – Litva 1:0
Qol: Satkus, 18-öz qapısına.
İtaliya – İsveçrə 1:1
Qollar: Di Lorenso, 36 – Vidmer, 11.
Xal durumu: İtaliya 15, İsveçrə – 15, Bolqarıstan – 8, Şimali İrlandiya – 8, Litva – 3
F qrupu
Moldova – Şotlandiya 0:2
Qollar: Patterson, 38. Adams, 65.
Danimarka – Farer adaları 3:1
Qollar: Olsen, 18. Larsen, 63. Mehle, 90+3 – K.Olsen, 90.
Avstriya – İsrail 4:2
Qollar: Arnautoviç, 51. Şaub, 62; 72. Sabitzer, 84 – Bitton, 33. Perets, 59.
Xal durumu: Danimarka – 27, Şotlandiya – 20, İsrail – 13, Avstriya – 13, Farer adaları – 4, Moldova – 1
I qrupu
Andorra – Polşa 1:4
Qollar: Vales, 45 – Levandovski, 5; 73. Yuzvyak, 11. Milik, 45+2.
Macarıstan – San Marino 4:0
Qollar: Soboslai, 6; 83. Qazdaq, 22. Veçsei, 88.
İngiltərə – Albaniya 5:0
Qollar: Maquayr, 9. Keyn, 18; 33; 45+2. C.Henderson, 28.
Xal durumu: İngiltərə – 23, Polşa – 20, Albaniya – 15, Macarıstan – 14, Andorra – 6, San Marino – 0.