Bu gün DÇ-2022-nin Avropa zonası üzrə pley-off oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu mərhələdə dörd qarşılaşma baş tutub.
Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal oyunlarında Türkiyə Portuqaliyaya, Avstriya Uelsə, İtaliya Şimali Makedoniyaya, Çexiya isə əlavə vaxtda İsveçə uduzub. Beləliklə, Türkiyə, İtaliya, Çexiya və Avstriya yığmaları 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.
A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kolektivin həlledici görüşdəki rəqibi İsveç olacaq.
B yolunda isə Şotlandiya - Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels Avstriyanı 2:1 hesabı ilə məğlub edərək pley-offun finalına vəsiqə qazanıb.
DÇ-2022
Pley-off mərhələsi, yarımfinal
24 mart
A yolu
Uels - Avstriya 2:1
Qollar: Beyl, 25, 51 - Devis, 65-öz qapısına
B yolu
İsveç - Çexiya 1:0
Qol: Kuayson, 110 (əlavə vaxtda)
C yolu
İtaliya - Şimali Makedoniya 0:1
Qol: Traykovski, 90+2
Portuqaliya - Türkiyə 3:1
Qollar: Otavio, 15, Dioqu Jota, 42, Nunes, 90+4 - Burak Yılmaz, 65
Burak Yılmaz 85-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.