Yaponiya milli komandası Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.
Fanat.Az xəbər verir ki, "samuraylar" seçmə mərhələnin 9-cu turunda səfərdə Avstraliyanı 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
Yaponiyanın heyətində Kaoru Mitoma 89 və 90+4-cü dəqiqələrdə dubl edərək təkbaşına ölkəsinin millisini final mərhələsinə daşıyıb.