Roberto Mançini İtaliya millisinin baş məşqçi postunu tərk edəcəyi halda, onu Fabio Kannavaro əvəzləyə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.
Mənbə Kannavaronun seçməni tək yox, Marçello Lippi ilə birlikdə çalışdırmaq ehtimalının daha çox olduğunu vurğulayıb.
Xatırladaq ki, DÇ-2022-nin pley-off matçında Şimali Makedoniya millisinə 0:1 hesabı ilə uduzan İtaliya mundialsız qalıb. Bu, DÇ-2018-də də iştirak etməyən apenninlilərin ardıcıl ikinci uğursuzluğudur.
Nihat