Futbol üzrə ABŞ milli komandasının futbolçuları səhvən Qətərdə keçiriləcək dünya çempionatına erkən vəsiqəni qeyd ediblər.
Fanat.Az "Sportbox"a istinadən xəbər verir ki, bazar günü seçmə oyunda Panama komandasını məğlub etdikdən (5:1) sonra amerikalı futbolçular azarkeşlərin olduğu tribunanın önündə “Qualified!” sözü yazılmış nəhəng pankart açıblar.
Halbuki, riyazi olaraq ABŞ hələ də turnirə vəsiqəni təmin etməyib. Komanda 13 oyundan 25 xalla Meksika ilə birlikdə qrupda ikinci yerdədir. ABŞ üçün həlledici görüş Kosta Rika ilə martın 30-nda baş tutacaq.