2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər hakimiyyəti turistlər və eləcə də futbol komandalarının bütün üzvlərini ölkənin qanunlarına riayət etməyə çağırıb.
Fanat.Az "İN Sport" saytına istinadən xəbər verir ki, dövlətin qanunlarına görə mundial zamanı evli olanlar istisna olmaqla, cinsi əlaqəyə icazə verilməyəcək. Əks halda, bu aktda iştirak edənləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Eyni zamanda, birgə nigahı olanlar müxtəlif cinsdən olmalıdırlar. Qətərdə homoseksual münasibətlər də qadağandır və belə insanları da həbs cəzası gözləyir.
Dünya çempionatları zamanı ilk dəfədir ki, belə bir qadağa mövcuddur.
Ölkə polisləri belə halların qarşısının alınması üçün xüsusi rejimdə işləyəcək.
“Qətər mühafizəkar ölkədir və cinsi oriyentasiyasından asılı olmayaraq ictimai sevgi nümayişi xoşagəlməzdir”, - deyə Dünya Çempionatı üzrə Qətər Ali Komitəsi çıxış edib.
Qeyd edək ki, bundan əlavə, dünya çempionatında şənliklərə və spirtli içkilərə də icazə verilməyəcək.
Emin