Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək milli komandalardan birinin heyəti artıq məlumdur.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı mundiala gedəcək heyəti açıqlayıb.
Bu barədə ərəb ölkəsinin futbol federasiyası məlumat yayıb.
Səudiyyə Ərəbistanının baş məşqçisi Herve Renard federasiyaya 32 addan ibarət siyahı təqdim edib.
DÇ-yə hazırlıq çərçivəsində oktyabrın 17-dən noyabrın 10-dək Əbu-Dabidə təlim-məşq toplanışında olacaq geniş heyət həm də Qətərə gedəcək. Səudiyyə Ərəbistanı yığması oktyabrın 22-də Şimali Makedoniya, 26-da Albaniya, 30-da Hondurasla, noyabrın 6-da İslandiya, 10-da Panama ilə yoldaşlıq oyunu keçirəcək.
Səudiyyə Ərəbistanının geniş heyəti belədir:
Qapıçılar: Navaf Əl-Əqidi (Əl-Nassr), Məhəmməd Əl-Ovays (Əl-Hilal), Fəvaz Əl-Qarni (Əl-Şəbab).
Müdafiəçilər: Əbdüləlah Əl-Əmri (Əl-Nəsr), Səud Əbdülhəmid (Əl-Hilal), Əhməd Bamsaud (Əl-İttihad), Məhəmməd Əl-Breyk (Əl-Hilal), Əli Əl-Boleahi (Əl-Hilal), Abdullah Madu (Əl) -Nəsr), Həsən Təmbəkti (Əl-Şəbab), Sultan Əl-Qənnəm (Əl-Nəsr), Nasser Əl-Dəvsəri (Əl-Hilal), Yasir Əş-Şəhrani (Əl-Hilal).
Yarımmüdafiəçilər: Navaf Əl-Abed (Əl-Şəbab), Məhəmməd Əli Əl-Həsən (Əl-Nəsr), Abdulelah Əl-Malki (Əl-Hilal), Salman Əl-Fərəc (Əl-Hilal), Əl-Yami (Əl-Şəbab), Riyad Şərahili (Əbha), Məhəmməd Kanu (Əl-Hilal), Abdullah Otayf (Əl-Hilal), Sami Əl-Najei (Əl-Nəsr).
Hücumçular: Haitham Asiri (Əl-Əhli), Hattan Bahebri (Əl-Şəbab), Abdullah Əl-Həmdan (Əl-Hilal), Firas Əl-Buraikan (Əl-Fateh), Salem Əl-Dəvsəri (Əl-Hilal), Fəhad Əl-Muvallad (Əl-Şəbab), Əymən Yəhya (Əl-Nəsr), Abdullah Radif (Ət-Taavon), Əbdülrəhman Əl-Obud (Əl-İttihad), Saleh Əl-Şehri (Əl-Hilal).
المرحلة الثالثة من برنامج الإعداد للمونديال على وشك أن تبدأ! 🦅
— المنتخب السعودي (@SaudiNT) October 12, 2022
📋 " 32 “ لاعبًا اختارهم @Herve_Renard_HR لمعسكر أبوظبي ⬇️
🔗 //t.co/IHQF7PeeWc . pic.twitter.com/LhUpjcp3CY
Səudiyyə Ərəbistanı Polşa, Argentina və Meksika ilə C qrupunda mübarizə aparacaq.
Mirağa