Fransa millisinin və "Real Madrid"hücumçusu Kərim Benzema bu il Qətərdə keçiriləcək dünya çempionatının ilk turunun oyununu buraxacaq.
Fanat.Az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, zədədən qayıdan təcrübəli forvard mundialın startınadək hazır olmayacaq.
35 yaşlı ulduz "Real"ın bu il La Liqada keçirəcəyi son 3 görüşünü də kənardan izləyəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması D qrupunda ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək.