Zədə səbindən Almaniya yığması ilə qarşıdakı dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşən Marko Roysu kimin əvəzləyəcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport1"-in əməkdaşı Patrik Berger şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Dortmund "Borussiya"sının 33 yaşlı hücumçusunun yerini gənc həmklubunun - 17 yaşlı forvard Yussufa Mukokonun tutacağı bildirilib.
Qeyd edək ki, Mukoko bu mövsüm Bundesliqa və Çempionlar Liqasında 19 matça çıxıb. Bu qarşılaşmalarda 6 dəfə rəqib qapılarına yol tapan Kamerun əsilli Yussufa 5 qol ötürməsi ilə də yadda qalıb.
Nihat