FIFA-nın baş katibi Fatma Samura Seneqal və "Bayern Münhen"in hücumçusu Sadio Manenin 2022-ci il dünya çempionatında mübarizə apara biləcəyinə ümid edir.
Fanat.Az xəbər verir ki, "Sport-Ekspress" Seneqal əsilli FİFA rəsmisindən sitat təqdim edib:
"Sadio Mane üçün şamanlarımızdan istifadə edəcəyik. Bunun təsirli olub-olmayacağını bilmirəm, amma onlara uğur diləyəcəyik. Möcüzələrə ümid edirik. O, DÇ-də olmalıdır".
Qeyd olunur ki, Mane Almaniya Bundesliqasının 14-cü turu çərçivəsində "Verder"lə matçda (6:1) zədələnib. Onun sağalması üçün bir neçə həftə lazım olacaq. Seneqalın baş məşqçisi Aliu Sisse isə DÇ-2022 üçün heyəti bu gün açıqlamalıdır. Seneqal qrup mərhələsində Qətər, Hollandiya və Ekvadorla qarşılaşacaq.
Mirağa