FİFA-nın keçmiş prezidenti Zepp Blatter hesab edir ki, İran 2022-ci il dünya çempionatından kənarlaşdırılmalıdır.
Fanat.Az xəbər verir ki, “Blick” Blatterin dediklərini belə çatdırıb:
“İran dünya çempionatından kənarlaşdırılmalıdır. Bu, İranda qatil hakimiyyətin olduğuna görə baş verməlidir. Futbol sülhü tərənnüm edir bəs burada belə qəddar dövlətin komandası nə gəzir?".
Ay yarımdır ki, gənc iranlı qadın Məhsa Əmininin yerli polis tərəfindən öldürülməsindən sonra sentyabrın ortalarında başlayan iğtişaşlar hələ də davam edir.
Emin