"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo ölkəsinin yığmasının DÇ-2022 perspektivlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Dörd il əvvəl dünya çempionatında oynamaq arzum həyata keçmədi. İndi isə yaxaladığım fürsətdən zövq alıram. Uşaqlıqda DÇ-2006-nın bütün oyunlarını izləmişdim. Təəssüf ki, həmin DÇ-nin qalibi olmağı bacarmadıq. Mundialda oynamaq şansı mənə o günləri xatırladır, qəribə hisslər bəxş edir.
Fransanın perpektivlərinə gəlincə, həyatda və futbolda mümkün olmayan heç nə yoxdur. Bizə çətin olacaq. Çünki favoritlər sırasında deyilik. Digər tərəfdən, son dünya çempionu olduğumuz üçün komandaların bizə qarşı xüsusi motivasiya ilə oynayacağı bəlli həqiqətdir. Bu, Fransa seçməsi üçün böyük çağırışdır. Məqsədimiz çətinliklərə rəğmən, tarix yazmaqdır".