Niderland millisinin hücumçusu Memfis Depay "zanbaqlar"ın DÇ-2022-dəki ilk oyununda - Seneqal seçməsinə qarşı matçda oynaya bilməyəcək.
Fanat.Az xəbər verir ki, Niderland yığmasının baş məşqçisi Lui van Qal oyundan öncə təşkil edilən mətbuat konfransında onun yoxluğunun çox ciddi itki olduğunu vurğulayıb:
"Seneqal üçün Sadio Manenin yoxluğu necə zərbədirsə, bizim üçün də Depayın yoxluğu odur. Mane qeyri-adi futbolçudur. "Mançester Yunayted"in baş məşqçisi olduğum dönəmdə onu transfer etmək istəyirdim. Sadionun fanatıyam. İstənilən oyunun taleyini dəyişə biləcək fiqurdur. Depay da bizim ən yaxşı bombardirimiz, qol ötürmələri kralımızdır. Meydanda Memfisin xidmətindən istifadə edə bilməmək çox ciddi problemdir.
İtənilən halda, indiki heyətimizdə olan futbolçular meydanda bir-birini yaxşı başa düşür. Məncə, uğur qazana bilərik. DÇ-2014-də bundan zəif heyətlə üçüncü yeri tutmuşduq. Bu dəfə daha artığına nail olcağımızı gözləyirəm".
Qeyd edək ki, Niderland Seneqalla bu gün üz-üzə gələcək.