Braziliya millisinin heyətində hazırda Qətərdə keçirilən dünya çempionatına qatılan Rafinya maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" noyabrın 24-də Serbiya ilə üz-üzə gələcək cənubi amerikalıların vingerinin dediklərini belə çatdırıb:
"Biz vuracağımız qolları bayram etmək üçün ona yaxın rəqs hazırlamışıq (gülümsəyir). Yox, hərənin öz qol sevinci olmayacaq. Biz sadəcə, birinci, ikinci, üçüncü və sonrakı qolları necə qeyd edəcəyimizi bilirik. Ondan çox qol vursaq? O zaman improvizasiya etməli olacağıq".