Fransa millisinin DÇ-2022 çərçivəsində çıxdığı ilk oyunda - Avstraliya ilə matçda (4:1) zədələnən müdafiəçisi Lukas Hernandesin durumuna aydınlıq gəlib.
Fanat.Az "RMCSport"a istinadən xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində xəsarət alaraq meydanı tərk edən Lukas üçün mundial erkən başa çatıb.
Belə ki, arxa xətt oyunçusunin sağ dizinin xaçvarı bağları qopub.
Xatırladaq ki, Fransa yığması DÇ-dən öncə Kərim Benzema, Nqolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku kimi oyunçuları da itirmişdi.