Kiçik Dieqo Armando Maradona - əfsanəvi Dieqo Maradonanın oğlu Argentinanın DÇ-2022-də çıxdığı ilk oyunda Səudiyyə Ərəbistanına uduzmasına (1:2) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Atamı Messi ilə yalnız futboldan başı çıxmayanlar müqayisə edir. Biz iki fərqli planetdən danışırıq, amma Messinin üstündən xətt çəkmək fikrində deyiləm. Bu yünilgidən çox sarsılmışam. Bunun həqiqətən baş verdiyinə inanmaq çətindir. Səudiyyə Ərəbistanına uduzmaq rəzalətdir. Ancaq bu da var ki, futbolda bəzən özündən dəfələrlə zəif rəqibə də məğlub olursan".