Danimarka millisinin və İspaniya "Sevilya"sının futbolçusu Tomas Dileyni Qətərdə keçirilən dünya çempionatının qalan hissəsini buraxacaq.
Fanat.Az Danimarka Futbol Federaiyasının rəsmi saytına istinadən xəbər verir ki, Tunisə qarşı D qrupunun I tur oyununda sol dizindən zədələnən 31 yaşlı müdafiəçi təqribən 4 həftə oynamayacaq.
Bu isə o deməkdir ki, Danimarka yığması finaladək irəliləsə belə, təcrübəli oyunçu meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Danimarka - Tunis matçı 0:0 hesabı ilə bitib.