Qətərdə keçirilən dünya çempionatının ölkəmizdə yayımını reallaşdıran İTV-nin şərhçiləri maraqlı müzakirəyə meydan verdilər. Amerika Birləşmiş Ştatlarının millisindən danışarkən ABŞ abreviaturasının ABeŞe kimi tələffüzü birmənalı qarşılanmadı. Həmkarlarımızı "topa tutanlar" da oldu, onlara dəstək çıxanlar da.
Belədə araşdırmaq qərarına gəldik. Maraqlıdır, tələffüz qaydalarındakı bu dəyişikliklə bağlı mütəxəssis nə deyir?
Filologiya elmləri üzrə fəlsəfə doktoru Leyla Kərimovanın Fanat.Az-a verdiyi açıqlama belə oldu: Əvvəllər ABıŞ oxunurdu, indi qayda dəyişib. Dəyişiklikdən sonra tələffüz ABeŞe olub. Qaydaya əsasən, ixtisardakı birinci hərf sait, ondan sonra gələn bütün hərflər samit olarsa, hərflər əlifbadakı adlarına uyğun tələffüz olunur. ABŞ bu bəndə əsasən A-Be-Şe kimi səslənməlidir.
Sait hərf ixtisarın ortasında gələrsə, ondan əvvəl və sonra gələn hərflər yazı qaydasına əsasən tələvvüz olunur. Məsələn, KİV elə KİV kimi də səslənir.
Tərkibində iki və daha artıq sait səs olan ixtisarlar əsasən, heca tələffüzü ilə oxunur. Hərflər yazı qaydasına uyğun səslənir. TƏBİB TƏ-BİB kimi tələffüz edilməlidir.
O ki qaldı abreviatura ilə yazılan adlara əlavə olunan şəkilçilərə, əslində şəkilçi qısa oxunuş qaydasına əlavə olunur. "Bakı Dövlət Universitetinə" ixtisarla "BDU-ya" yazılır. ABŞ ilə bağlı məlum dəyişiklikdən sonra yazılışa hələ aydınlıq gətirməyiblər. Odur ki, əvvəlki qalıb kimi qalıb. Yəni "AB(e)Ş(e)-də" yox, "ABŞ-da" yazılır".
Mirağa