Kanada millisinin baş məşqçisi Con Herdman dünya çempionatında Belçikaya 0:1 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, RTFB onun dediklərini belə çatdırıb:
"Kanadanı bizimlə qürur duymağa məcbur etdik. Futbolçularım bura niyə gəldiklərini isbatladılar. Azarkeşlərimiz də inanılmaz performansla diqqət çəkdilər.
Belçikaya qarşı oyunda futbol milləti olduğumuzu gördük. Hədəfimiz qorxusuz oynamaq, hesabı açmaq idi. Düzdür, qol vura bilmədik, amma oyunçularımla fəxr edirəm. Bir olmalı və uğura inanmalıyıq.
Ümid edirdik ki, penalti bizi hesabda önə keçirəcək. Bütün ölkə qol gözlədiyi anda Alfonso Devisin məsuliyyəti üzərinə götürməsi ilə fəxr edirəm. Rəqib qapısına yol tapmağa çox yaxın olduq. Təəssüf ki, bizim günümüz deyildi. Tibo Kurtua yaxşı qapıçıdır... O epizoddan başqa da qol şanslarımız oldu. lakin rəqibin qapısını "Real Madrid"in qapıçısı qoruyurdu... Şikayət etməyəcəyəm, yaxşı mübarizə apardıq. Bu qarşılaşmadan nəticə çıxarıb Xorvatiya ilə oyuna hazırlaşacağıq. Növbəti rəqiblərimizin bizə hörmət edəcəklərinə əminəm".