Qətərdə keçirilən futbol üzrə dünya çempionatının təşkilatçıları turnirinin fəxri qonaqları İlon Mask və Barak Obamanı qarşılamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, iddianı Dohada yerləşən otellərdən birinin əməkdaşı yayıb.
Adının açıqlamasını istəməyən şəxs məlumatı TASS nəşrinə ötürüb:
"Biz Mask, Obama və digər fəxri qonaqları otelimizdə gözləyirik. Hələ çempionat başlamazdan əvvəl belə səviyyəli qonaqların gəlişinə hazırlaşmışdıq. Hər birinə stadionların VIP zonasına "qızıl" vəsiqə və otelin ən yaxşı otaqları hazırlanıb”.
Qeyd edək ki, 20 noyabr tarixində start götürən DÇ-2022 18 dekabra kimi davam edəcək.
Röya