Dünən dünya çempionatının qrup mərhələsinin 1-ci turunun oyununda - Portuqaliya - Qana qarşılaşmasında (3:2) maraqlı olay yaşanıb.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, penaltidən hesabı açaraq 5 dünya birinciliyində qol vurmuş yeganə oyunçu ünvanına sahib çıxan Kriştianu Ronaldu rəqibin cərimə meydançasında energetik əlavə yeyib.
Komandasının hücumu zamanı əlini şortuna salan 37 yaşlı ulduz bir neçə saniyədən sonra axtardığını taparaq ağzına qoyub. Lakin rahat yeməyə vaxt tapmadığından energetik əlavəni qaça-qaça çeynəmək məcburiyyətində qalıb.