Argentina ilə oyunda qalib (2:1) gələrək DÇ-2022-nin ən böyük sürprizinə imza atan Səudiyyə Ərəbistanının paltardəyişmə otağında çəkilmiş video yayılıb.
Fanat.Az xəbər verir ki, görüntülər sözügedən matçın fasiləsində qeydə alınıb.
Ərəblərin fransalı baş məşqçisi Herve Renar fasilədə futbolçularının qarşısında emosional çıxış edib, onları Lionel Messidən qorxduqlarına, rəqibə həddən artıq hörmət etdiklərinə görə qınayıb.
"Messi meydanın ortasında topa sahibdir, siz isə müdafiədə durursunuz. Bu necə təzyiq etməkdir? Eyni anda qəbul etməlisiniz. Onu itələməlisiz və topun arxasından uzaqlaşdırmalısınız. Messi ilə şəkil çəkdirmək istəyirsinizsə, bunu oyundan sonra edin. Bu, dünya çempionatıdır, əlinizdən gələni etməlisiniz”.
Marağına səbəb olan görüntüdə baş məşqçinin dediklərini ingiliscədən ərəb dilinə tərcümə edən köməkçinin bunu ustalıqla etməsidir. Belə ki, o, Renarın hər hərəkətini, hər sözünü futbolçulara izah etməklə kifayətlənməyib, hətta məşqçinin səsini və hər jestini yamsılayıb Belədə futbolçular məşqçinin onlardan nə istədiyi barədə aydın təəssürata sahib olublar:
هيرفي رينارد بين الشوطين :
— داريو النصر (@Nfcdiario) November 24, 2022
هذا ضغط تقومون به ؟ ام انك تريدون التصوير مع ميسي عليكم ان تدفعوه وتضغطون عليه
(@SaudiNT) pic.twitter.com/fPzKgtpImL
Mirağa