Belçika millisinin hücumçusu Romelu Lukaku məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Roberto Martines məlumat verib.
"beIN Sports" Belçikanın ispaniyalı çalışdırıcının fikirlərini belə çatdırıb: “Lukaku komanda ilə məşq edir. İndi onun bədəninin bu yükə necə reaksiya verdiyini görəcəyik. Tibb personalı onu riskə atmaq istəmir. Lukakunun Mərakeşlə matçda əsas heyətə düşə biləcəyini deyə bilmərəm. Bunu yaxın 2 gün ərzində öyrənəcəyik. Onun durumundan razıyıq, lakin hələ bilmirik ikinci və ya üçüncü matçda hansı formada olacaq”.
Lukaku dünya çempionatının startını buraxıb. AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biri olan Belçika DÇ-2022-də növbəti oyununu noyabrın 27-də Mərakeşə qarşı keçiriləcək.
Mirağa