FİFA-nın mətbuat katibi Covanni Marti DÇ-2022-də ictimai rezonans doğuran hadisədən - Kamerun millisinin futbolçusu Qael Onduanın İsveçrə ilə matça (0:1) üzərində Rusiya bayrağının şəkli olan burtlarla çıxmasından danışıb.
Fanat.Az xəbər verir ki, NRK onun dediklərini belə çatdırıb:
"Sizə yalnız onu deyə bilərəm ki, İntizam Komissiyasının olaydan xəbəri var və futbolçu cəzalandırılmayacaq. Çünki Ondua Rusiyada böyüyüb və Kamerunla yanaşı, bu ölkənin də vətəndaşıdır. Yəni o, butslarına öz ölkəsinin bayrağını həkk etdirib. Xırdalıqlara varmaq istəmirəm. Ancaq Qaelə hər hansı cəza tətbiq edilməyəcək".
Qeyd edək ki, Ondua Kamerunun minimal hesabla yenildiyi qarşılaşmanın 68-ci dəqiqəsində meydana çıxmış, oyundan sonra isə üzərində Rusiya və Kamerun bayraqları olan butslarının fotosunu çəkərək sosial şəbəkədə paylaşmışdı.