Kamerun millisi qapıçısı Andre Onananı cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
Xəbərə görə, intizamsılığa yol verən qolkiper DÇ-2022-də qrup mərhələsinin ikinci tur matçından əvvəl komanda ilə məşqdən kənarlaşdırılıb.
Qeyd edək ki, Kamerun seçməsi II tur çərçivəsində Serbiya yığması ilə matçında qapını Devis Epassa həvalə edib.
Röya