Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, çempionatın beşinci günündə 59, 66, 98 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Azərbaycan günü bir gümüş, bir bürünc medalla qapayıb:
59 kq çəki dərəcəsində çıxış edən Kamran Məmmədovun 1/8 finaldakı rəqibi çex Mixail Novak olub. Təmsilçimiz 5:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb. Onun növbəti rəqibi moldovalı Viktor Kiobanu olub. Kamran bu dəfə uduzaraq yarımfinala çıxa bilməyib. Rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda yarışır. Təsəlliverici görüşdə alman Deniz Menekseni 5:2 hesablı qələbə ilə sıradan çıxaran Kamran bürünc medal uğrunda görüşdə türk Rahman Bilici ilə üz-üzə gəlib və 9:8 hesablı qələbə qazanıb.
1/8 final: Mixail Novak (Çexiya) - Kamran Məmmədov 0:5
1/4 final: Kamran Məmmədov - Viktor Kiobanu (Moldova) 2:3
Təsəlliverici görüş: Kamran Məmmədov - Deniz Menekse (Almaniya) 5:2
Bürünc medal görüşü: Kamran Məmmədov - Rahman Bilici (Türkiyə) 9:8
66 kq-da yarışan Həsən Əliyev mübarizəyə 1/16 finaldan başlayıb və Norveç təmsilçisi Marius Tommeseni 8:0 hesabı ilə yenib. 1/8 finalda alman Frank Steableri 9:0 hesabı ilə udan təmsilçimiz 1/4 finala çıxıb. Yunan Vladimiros Matiası 8:1 hesabı ilə üstələyən Həsən yarımfinala vəsiqə qazanıb. Onun finala gedən yolda son rəqibi polşalı David Kareçinski olub. Əliyev 6:0 hesablı qələbə qazanaraq finala çıxıb. Həlledici qarşılaşmada rəqib rusiyalı Adam Kurak olub. Ancaq gərgin keçən qarşılaşma güləşçimiz üçün uğurlu alınmayıb və Həsən Əliyev gümüş medalla kifayətlənib.
1/16 final: Həsən Əliyev -Marius Tommesen (Norveç) 8:0
1/8 final: Frank Steabler (Almaniya) - Həsən Əliyev 0:9
1/4 final: Vladimiros Matias (Yunanıstan) - Həsən Əliyev 1:8
1/2 final: David Kareçinski (Polşa) - Həsən Əliyev 0:6
FİNAL: Həsən Əliyev - Adam Kurak (Rusiya) 2:2*
98 kq çəki dərəcəsində mübarizə aparan Şalva Qadabadze 1/16 finalda Belarus təmsilçisi Hrabovik Aliksandra yenilərək mübarizəni dayandırıb.
1/16 final: Şalva Qadabadze - Hrabovik Aliksandr (Belarus) 0:2
130 kq-da çıxış edən Sabah Şəriətinin 1/8 finaldakı rəqibi estoniyalı Heiki Nabi olub. 4:3 hesablı qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Heikinin növbəti rəqibi isveçli Yohan Maqnus Euren olub. Güləşçimiz 0:3 hesabı ilə yenilərək mübarizəni dayandırıb.
1/8 final: Sabah Şəriəti - Heiki Nabi (Estoniya) 4:3
1/4 final: Yohan Maqnus Euren (İsveç) - Sabah Şəriəti 3:0
Fanat.az