Bu gün futbol üzrə "Avro-2016"nın loqotipi Fransanın paytaxtı Paris şəhərində ictimaiyyətə təqdim olunub.
Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri UEFA-nın rəsmi saytı yayıb.
Mərasimdə UEFA prezidenti Mişel Platini, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel le Qrae və "Avro-2016"nın Təşkilat Komitəsinin sədri Jak Lamber iştirak ediblər.
Yeni loqotip özündə Anri Delone kubokunu, Fransa bayrağının rənglərini (göy, ağ, qırmızı) və bu ölkənin mədəniyyətini əks etdirir. Bu loqotip Portuqaliya Agentliyi tərəfindən tərtib olunub. Həmin agentlik "Avro-2012"nin də loqotipini təşkil etmişdi.