Cari mövsümü gümüş medalçı kimi bitirən “Qarabağ” 3 futbolçusu ilə yollarını ayırıb. İdman24.az xəbər verir ki, Ağdam təmsilçisi Kristian Torres, Emin İmaməliyev və Zaur Həşimovu komandadan kənarlaşdırıb.
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın daha iddialı bir heyət qurmaq üçün sözügedən futbolçulara qapı göstərdiyi bildirilir. Klubun böyük transferlər edəcəyi gözlənilir. Son oyunlarda meydana çıxmamağı və adının oyun protokoluna salınmamağına əsasən Əfran İsmayılovun da komandadan gedəcəyini söyləmək olar.
Xatırladaq ki, “Qarabağ” bundan öncə Elnur Abdulovla yollarını ayırmışdı. Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev, Namiq Yusifov, Admir Teli, Ansi Aqolli və İlqar Qurbanovla müqavilə müddətini uzadılmışdı.
İdman24.az