Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Avstriya 2-ci bundesliqasında çıxış edən "Kapfenberq" komandasının əsas heyəti ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.
Yığmamız bu gün Rusiyanın "Qazovik-Qazprom" klubu, iyunun 30-da isə Almaniyanın "1860 München" klubunun U-23 komandası ilə yoldaşlıq oyunu keçirəcək.