Bu gün ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ” ikinci yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Ağdan təmsilçisi yenə Rusiya “Mordoviya”sı ilə qarşılaşacaq.
İyunun 24-də Saransk klubu ilə üz-üzə gəlib, rəqibinə 3:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, “Mordoviya” Rusiya Premyer Liqasının son mövsümünü 15-ci pillədə başa vuraraq, aşağı diviziona yuvarlanıb. “Qarabağ”ın rəqibi ötən yay (iyunun 21-də) yoxlama görüşündə “Neftçi”ni də darmadağın etmişdi - 4:0.
Yoxlama oyunu
27 iyun
“Qarabağ” (AZƏRBAYCAN) – “Mordoviya” (RUSİYA)
İdman24.az