18:00 19.02.2023 190

Selcan Mahsudovadan dünya kubokunda bürünc medal

Bakıda batut gimnastikası üzrə dünya kuboku keçirilib.

Fanat.Az xəbər verir ki, ötən gün başlayan ilin ilk beynəlxalq yarışına bu gün yekun vurulub.

Ölkəmizdə bu növ üzrə altıncı dəfədir, təşkil olunan dünya kubokunda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edib.

Yarış təmsilçimiz Selcan Mahsudovanın uğurlu çıxış ilə yadda qalıb. Təsnifat mərhələsini özünəinamlı çıxışı ilə üçüncü pillədə başa vurararaq finala yüksələn idmançımız həlledici mərhələdə hakimlərdən 53.510 xal toplayaraq bürünc medala layiq görülüb.

Xatırladaq ki, idmançımız ötən il ölkəmizdə keçirilən dünya kubokunda gümüş medala layiq görülərək Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə ilk medala sahib çıxmışdı.

Qadınlar arasında fərdi növdə ilk pillədə Braziliya təmsilçisi Kamilla Qomes (54,860 xal) qərarlaşıb. Fransalı Lea Labrousse (53,970 xal) isə gümüş medal qazanıb.

Kişi batutçuların fərdi yarışında Qazaxıstan təmsilçisi Daniel Mussabayev (59,240 xal) birinci olub. İspaniyalı Xorxe Martin 58,530 xalla gümüş, fransalı Allan Morante 58,270 xalla yarışı üçüncü pillədə başa vurub.

Braziliya təmsilçiləri Gomes Alice (qadınlar arasında), Dutra Rayan (kişilər arasında) icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna sahib olublar.

Qeyd edək ki, fərdi proqramda kişilər və qadınlar arasında qaliblərin mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da iştirak ediblər.

Qadınlar arasında sinxron batut proqramı üzrə Braziliya  komandası 46.340 xalla 1-ci, Ukrayna cütlüyü 46.010 xalla 2-ci, ABŞ-2 komandası isə 44.500 xalla üçüncü pillədə qərarlaşıb.

Kişilər arasında sinxron batut proqramı üzrə Qazaxıstan-1 komandası 51.940 xalla 1-ci, Almaniya komandası 51.080 xalla ikinci, Portuqaliya komandası isə 50.730 xalla 3-cü olub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

Facebookdan bizi izləməyi unutmayın.
X