Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb.
Fanat.Az xəbər verir ki, yarış müxtəlif yaş qruplarında uşaqlar, yeniyetmələr və böyüklər arasında keçirilib. Yeniyetmələr arasında batut gimnastikası üzrə Avropa çempionu Maqsud Mahsudov gənclərin mübarizəsində birinci olub.
Gümüş medalı Hüseyn Abbasov qazanıb, Nicat Mirzəyev isə üçüncü olub.
Tamblinq yarışında isə Tofiq Əliyev Adil Hacızadə və Bilal Qurbanovu qabaqlayıb.