Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında daha 1 rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komanda Çempionlar Liqasına hazırlıq çərçivəsində yerli “Admira Vakker” klubu ilə yoxlama oyunu keçirəcək. Matç iyunun 30-da Tirol şəhərinin Kirhdorf qəsəbəsində olacaq. Avstriyalılar oyunun öz vaxtları ilə saat 18:00-da (Bakı vaxtilə saat 21:00-da) başlayacağını açıqlayıb.
Qeyd edək ki, bu, “Neftçi”nin 2-ci matçı olacaq. Çempionumuz ilk yoxlama oyununu sabah Rusiyanın “Volqa” klubu ilə keçirəcək.
İdman24.az